Kəmaləddin Heydərov yeni rəis təyin etdi

27.11.2025

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsinə yeni rəis təyin olunub.

Sitat.info "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Ruslan Vaqif oğlu Səlimov təyin edilib.

Qeyd edək ki, bir ay əvvəl FHN-in Əsaslı Tikinti İdarəsinin rəisi Rüfət Ağazadə vəzifəsindən azad olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью