Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

22.04.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə polkovnik-leytenant Vüsal Yolçiyev Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Vüsal Yolçiyev bundan əvvəl Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini idi.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью