Kəmaləddin Heydərovdan yeni TƏYİNATLAR

31.10.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad olunub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin edilib.

Diqqətçəkən digər bir təyinat isə Sumqayıt Regional Mərkəzinin boşalan rəisi kürsüsü ilə bağlıdır.

Belə ki, vəzifəsindən azad edilən polkovnik V. Fətullayevin yerinə daha əvvəl Şimal-qərb Regional Mərkəzinə rəhbərlik etmiş polkovnik Vüqar Ağayev gətirilib.

Vüqar Ağayev artıq FHN-in Sumqayıt Regional Mərkəzinə rəis təyin olunaraq yeni işinə başlayıb./qafqazinfo

Fotoda: Vaqif Fətullayev 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью