Kemeronun İrəvana səfəri təxirə düşdü

18.11.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hollivudun məşhur rejissoru, ssenaristi və prodüseri Ceyms Kemeron İrəvana səfər etməyəcək.
Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıblar.
Məlumata görə, Kemeronun tamaşaçılarla görüşü noyabrın 23-də Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində baş tutmalı idi.
 

"Təəssüflə bildiririk ki, Ceyms Kemeronla görüş və ondan sonra planlaşdırılan konsert proqramı baş tutmayacaq", – deyə konsertlərin təşkili və prodüserliyi ilə məşğul olan "Mezzo Production" şirkəti "Facebook" səhifəsində qeyd edib.


Şirkət tədbirin ləğv olunma səbəblərini açıqlamayıb, lakin biletlərin tam dəyərinin 5 iş günü ərzində alış zamanı istifadə olunan ödəniş üsuluna avtomatik olaraq geri qaytarılacağını bildirib:
"Əlavə heç bir addım atmağa ehtiyac yoxdur. Yaxın bir neçə gün ərzində məsələ ilə bağlı əlavə izahat verəcəyik", – deyə açıqlamada vurğulanır.
Qeyd edək ki, Ceyms Kemeron "Terminator", "Yadlar", "Titanik" və "Avatar" kimi məşhur filmlərin rejissorudur.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью