Kənan Doğulu Bereni başqa qadınla səhv saldı VİDEO

12.06.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Türkiyəli müğənni Kənan Doğulu sosial şəbəkədə yaşadığı maraqlı hadisə ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi izlədiyi videolardan birində görünən qadını həyat yoldaşı, məşhur aktrisa Beren Saat hesab edib.

Lakin sonradan videodakı şəxsin aktrisanın özü deyil, ona bənzərliyi ilə tanınan bloqer Sevda Aktürk olduğu ortaya çıxıb.

Həqiqəti öyrənən Kənan Doğulu yaşadığı təəccübü gizlədə bilməyib. Müğənninin "Mən şokdayam" reaksiyası sosial şəbəkələrdə maraqla qarşılanıb.

Hadisə qısa müddətdə yayılıb. Bir çox izləyici Sevda Aktürkün Beren Saata olan bənzərliyinin həqiqətən də diqqətçəkici olduğunu qeyd edib, görüntülər isə geniş müzakirələrə səbəb olub.

Musa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью