Kənan Doğulu Los Ancelesdə yanan villasından danışdı

27.01.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlin ilk həftələrində Los-Ancelesdə başlayan meşə yanğınları həm yerli xalqı, həm də Türkiyədəki bəzi tanınmışları dərindən sarsıdıb.
Missiya.Az 
xəbər verir ki, bu yanğınlarda müğənni Kənan Doğulu və aktrisa Beren Saat cütlüyünün 12 milyon dollarlıq lüks villası zərər görüb.

"Çox da önəmli deyil. Bizdən daha pis vəziyyətdə olanlar var. Əsas olan bundan sonra nə edəcəyimizdir", - ifaçı bildirib.

Xatırladaq ki, 7 yanvardan başlayan yanğınlar çoxsaylı itkilərə səbəb olub, maddi və mənəvi zərərlərə yol açıb.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью