Kenan Doğulu və Beren Saat saxlanılıb

11.06.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Türkiyədə məşhurlara qarşı aparılan narkotik və fahişəliklə bağlı istintaq çərçivəsində yeni əməliyyat keçirildiyi bildirilir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı 22 nəfər saxlanılıb. İddialarda müğənni Kenan Doğulu və həyat yoldaşı, aktrisa Beren Saatın da saxlanılanlar arasında olduğu qeyd edilir.

Lakin hazırda Türkiyə hüquq-mühafizə orqanları və prokurorluq tərəfindən bu iddia ilə bağlı rəsmi təsdiq verilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью