Kənan Kərimov: Daha 2 3 legionerlər futbolçu heyətə qatmağı düşünürük

16.07.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Növbəti mövsüm üçün hədəfimiz xarakterli, döyüşkən komanda formalaşdırmaqdır". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan"ın vitse-prezidenti təyin olunmuş Kənan Kərimov deyib. 

O, Yevlax təmsilçisinin yeni baş məşqçisi Azər Həşimova inandıqlarını bildirib:

"Yeni baş məşqçimizə inanırıq. Gənc və perspektivli mütəxəssisdir. İnanıram işlərin öhdəsindən layiqincə gələcəklər"

K. Kərimov transfer çalışmalarını bitirdiklərini vurğulayıb:

"Demək olar transfer çalışmalarımız yekunlaşıb. Daha 2-3 legionerlər futbolçu heyətə qatmağı düşünürük. Danışıqlar gedir, yaxın gündə rəsmi açıqlama olacaq". 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью