Kənan Kərimov: “Sonadək mübarizə aparacağıq”

27.11.2024

Icma.az, Apasport saytına istinadən bildirir.

“Klubda əhval-ruhiyyə tam yerindədir. Sabah sonadək mübarizə aparacağıq”.

Bu sözləri apasport.az saytına açıqlamasında Kənan Kərimov deyib.

“Karvan”ın baş məşqçisi “Qəbələ” ilə matç barədə düşüncələrini bölüşüb: “Əsas rəqiblərimizindən biri ilə qarşılaşacağıq. Bu oyuna maraq çox böyükdür. Futbolçularım da görüşün nə dərəcədə əhəmiyyətli olduğunu dərk edirlər. Öz evimizdə oynayırıq. Doğma meydan amili də xeyrimizədir. Azarkeşlərimizə güvənirik. Onlar da gəlib komandamızın yanında olacaqlar. Düzdür, bəzi oyunçularımız hazırda zədəlidir. Lakin çalışacağıq ki, onlar da sabahkı görüşə kimi hazır olsunlar. Futbolçularıma inanıram. Ümid edirəm ki, inamlı oyunumuz ilə öz mövqeyimizi qoruyacağıq”.

Qeyd edək ki, “Karvan” - “Qəbələ” matçı sabah Yevlax şəhər stadionunda keçiriləcək.

İsmayıl Xeyrullayev

Berezutskinin köməkçiləri müəyyənləşib Premyer Liqa: XVII və XVIII turun oyun cədvəli "Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb De Bleker “Şamaxı”nın futbolçuları ilə görüşüb "Sabah" - "Səbail" matçının biletləri satışda
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью