Kənan Kərimovun ailəsində xeyir iş olacaq

17.11.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Gələn həftə "Karvan-Yevlax"ın vitse-prezidenti Kənan Kərimovun ailəsində xeyir iş olacaq.

Fanat.Az-ın məlumatına görə, veteran futbolçunun qızı gəlin köçür. 

25 noyabra təyin olunan toy mərasimi Bakıdakı məşhur restoranlardan birində baş tutacaq. 

Qeyd edək ki, son 3 ildə klubda baş məşqçi vəzifəsini yerinə yetirən Kənan Kərimov cari mövsümdən "Karvan-Yevlax”ın vitse-prezident vəzifəsini icra edir.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью