Kənan MM dən qalmaqallı paylaşım: “Ruhsuzlar...”

04.03.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ, İsrail və İran arasında davam edən müharibə Yaxın Şərqdə gərginliyi daha da artırıb.

Regionda yaşanan hadisələr fonunda Azərbaycandan olan bəzi məşhurlar, blogerlər sosial şəbəkələrdə gündəlik videolar paylaşaraq müharibəyə dair narahatlıqlarını ifadə edirlər.

“Cebheinfo.az” xəbər verir ki, Kənan M.M kimi tanınan rejissor Kənan Mahmudov isə bu paylaşımlarla bağlı sosial şəbəkə hesabından etiraz edib.

Kənan MM xüsusilə Dubay və Qətərdə olan sosial media fəallarının narahatlıq məzmunlu videolarını tənqid edib:

“Dubayda və ya Qətərdə qalan heç bir bloger, influenser (Sosial media kanallarında insanların rəyinə, izləyicilərinin alış-veriş qərarlarına təsir edən şəxsə influenser deyilir) üçün narahat deyilik. 

Özünüzdən yalandan "mənim üçün narahatsınız" deyib videolar çəkib paylaşaraq ətimizi tökməyin. İstirahətə gedəndə bizə demişdiniz? İndi niyə beynimizi xarab edirsiniz? "Like" üçün daha bilmirsiniz nə edəsiniz. İnsanlar ölür, bunlar hoqqa verirlər. Ruhsuzlar".
Əfsanə Rəcəb
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью