Kənan Novruzzadə vəzifəsindən azad edildi

19.03.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsindəki "Aztelekom" MMC-ə məxsus "Azərrabitəlayihə" MMC-nin direktoru Kənan Novruzzadə vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, şirkətə rəhbərlik Nazim Əliyevə həvalə olunub.

Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.

"Aztelekom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru “Azeurotel” MMC də fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью