Kənan Seyidova yeni müavin təyin edildi

20.12.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanının müavini təyin edilib.

 "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, 47 yaşlı T.Hüseynov komandan Kənan Seyidovun müavini postuna təyinat alıb.

Qeyd edək ki, Kənan Seyidovun birinci müavini - Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib. Onun yerinə hələ ki təyinat yoxdur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью