Kənan Vəliyev 2 il müddətinə diskvalifikasiya olunub

13.10.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan atleti Kənan Vəliyev 2 il müddətinə diskvalifikasiya olunub.

Bakıvaxtı.az Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, idmançı antidopinq qaydalarının pozulmasında təqsirli bilinib.

K.Vəliyevə qarşı irəli sürülən pozuntu idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək (2.3-cü maddə) ilə bağlıdır.

Qeyd edək ki, sanksiyanın qüvvədə olma müddəti 2026-cı il aprelin 15-dən 2028-ci il aprelin 15-dək nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью