Kenan Yıldız 2 oyunu buraxacaq

29.04.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yuventus”un hücumameyilli yarımmüdafiəçisi Kenan Yıldız komandasının A seriyasında qarşıdakı 2 matçını buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə insayder Niki Şira məlumat yayıb.

Kenan “Monza” ilə görüşündə (2:0) qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb.  Bu səbəbdən 19 yaşlı türk cinah yarımmüdafiəçisi mayın 4-də “Bolonya” ilə, mayın 10-da isə “Latsio” ilə matçları buraxacaq.

Qeyd edək ki, Kenan 2024/25 mövsümündə "Yuventus"un heyətində 46 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью