Kənan Yıldız ağır zədə aldı

25.08.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yuventus"un türkiyəli yarımmüdafiəçisi Kənan Yıldız İtaliya A Seriyasının ilk turunda keçirilən "Frozinone" qarşılaşmasında zədə alıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun sol ayağında sınıq müəyyənləşib.

Aparılan tibbi müayinələrdən sonra Kənan Yıldızın əməliyyat olunmasına qərar verilib. Onun tam bərpasının təxminən üç ay davam edəcəyi gözlənilir.

Türkiyəli futbolçu "Frozinone" ilə 1:0 hesablı qələbə ilə başa çatan görüşdə 69-cu dəqiqəyədək meydanda olub. Daha sonra onu Jeremi Boqa əvəzləyib.

Qeyd edək ki, Kənan Yıldız 2025/2026 mövsümündə "Yuventus"un heyətində bütün turnirlər üzrə 47 oyunda iştirak edib. O, həmin qarşılaşmalarda 11 qol vurub və 10 məhsuldar ötürmə edib.

Kənan Yıldızın Turin təmsilçisi ilə müqaviləsi 2030-cu il iyunun sonuna qədər qüvvədədir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью