Icma.az bildirir, Milli.az portalına istinadən.
İngiltərənin "Arsenal" klubu bir müddətdir maraq göstərdiyi "Yuventus" futbolçusu Kənan Yıldız ilə bağlı transfer planlarından imtina edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Turin təmsilçiliyi gənc vingeri komandada saxlamaqda qərarlıdır və onun satılmasının gündəmdə olmadığını qarşı tərəfə çatdırıb.
21 yaşlı futbolçunun "Yuventus"la qüvvədə olan müqaviləsi 2030-cu ilin yayına qədər davam edir. Hazırda onun transfer dəyərinin təxminən 75 milyon avro olduğu bildirilir.
Kənan Yıldız ötən mövsüm İtaliya A Seriyasında nümayiş etdirdiyi performansla diqqət çəkib. Türkiyə millisinin üzvü çempionatda keçirdiyi 36 oyunda 10 qola imza atıb, həmçinin komanda yoldaşlarına 7 məhsuldar ötürmə verib.
Beləliklə, "Arsenal"ın transfer siyahısında yer alan gənc futbolçunun yaxın zamanda "Yuventus"dan ayrılması ehtimalı xeyli azalıb.
Hüseyn
Milli.Az