Kənan Yıldız dubl etdi, Yuventus qələbə qazandı

29.11.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliya çempionatının 13-cü turunda Turində "Kalyari" ilə qarşılaşan "Yuventus" 2:1 hesabı ilə qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, türk hücumçu Kənan Yıldız "Yuventus"un heyətində dubl edib.

"Kalyari"dən Sebastiano Esposito oyunun 26-cı dəqiqəsində fərqlənsə də, komandası məğlubiyyətdən qaça bilməyib.

Son nəticədən sonra “Yuventus” 23 xalla 7-ci, “Kalyari” 11 xalla 14-cü pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью