Kenan Yıldız karyerasını “Real Madrid“də davam etdirə bilər

05.10.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə millisinin və "Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını "Real Madrid"də davam etdirə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

Nəşrin məlumatına görə, "Yuventus" 2026/2027-ci illər mövsümünün yekunlarına əsasən UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Kenan Yıldızı itirmək təhlükəsi ilə üzləşəcək.

İddiaya görə, bu mənfi ssenari gerçəkləşərsə, klubun 100 milyon avro dəyərində qiymətləndirdiyi 21 yaşlı türk futbolçunun transferinin müzakirəsi üçün şərait yaranacaq. Hələ 2025-ci ilin qışında, komandaya Xabi Alonso rəhbərlik edərkən "Real Madrid" Yıldızla maraqlanıb. O vaxt ispan mütəxəssis türk oyunçunu əsas hədəf kimi görürdü.

Yayda Madrid təmsilçisi bu məsələyə yenidən qayıda bilər - Erlinq Holandla yanaşı, Kenanın da adı "Kral klubu"nun gələcək transfer kampaniyasında əsas simalardan biri kimi hallanır. Eyni zamanda, sol vinger axtarışında olan "Arsenal" və "Bavariya" da futbolçuya iddialılar sırasındadır.

Yarımmüdafiəçinin klubla müqavilə müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub və sözləşmə 2026-cı ilin fevralında yenilənib.

Qeyd edək ki, gənc futbolçu avqust ayında - İtaliya A Seriyasının ilk turunda "Frozinone"yə qarşı keçirilən oyunda (1:0) ağır zədə alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью