“Kenan Yıldız komandanın liderlərindən biridir”

04.10.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Kenan Yıldız komandanın liderlərindən biridir”

“Yuventus”un baş məşqçisi Luçano Spalletti yarımmüdafiəçi Kenan Yıldızın futbolçu kimi xüsusiyyətlərindən danışıb. O, 21 yaşlı oyunçunu komandanın liderlərindən biri kimi dəyərləndirib.

QOL.az xəbər verir ki, italiyalı mütəxəssis “Tuttosport”a açıqlamasında Yıldızın meydandakı fərdi keyfiyyətlərini xüsusi vurğulayıb. Onun sözlərinə görə, türkiyəli futbolçu oyuna yaradıcılıq və gözəllik qatan, rəqibin müdafiə quruluşunu təkbaşına dəyişə bilən oyunçudur.

Spalletti bildirib ki, Yıldızın ən böyük üstünlüklərindən biri onun hərəkətlərinin əvvəlcədən proqnozlaşdırılmasının çətin olmasıdır:

"O, oyuna estetika gətirir. Kenan sistemi dağıdan futbolçudur və hətta özü də nəyə qadir olduğunu tam bilmir. Hücumu başladır, amma hər addımını əvvəlcədən planlaşdırmır. Bəzən məşqdə kimsə onun nə edəcəyini əvvəlcədən anlayır, amma Kenan yenə də istədiyini edir. Onu tanısan belə, qarşısını almaq mümkün deyil. Çox yaxşı insandır, sadə xarakterlidir, sanki bizim qonşumuzdur. Amma eyni zamanda liderdir. Komanda ilə çox danışmasına belə ehtiyac yoxdur".

Qeyd edək ki, Kenan Yıldız cari mövsümdə zədə səbəbindən yalnız bir oyunda iştirak edib və həmin görüşdə məhsuldar hərəkətlərlə yadda qalmayıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью