Icma.az, Qol.az saytına istinadən bildirir.
Kenan Yıldız "Qalatasaray"la oyunu buraxa bilər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Yuventus"un hücumçusu Kenan Yıldız A Seriyasının son turunda zədələnib.
QOL.az xəbər verir ki, "Corriere dello Sport" nəşrinin məlumatına görə, türkiyəli futbolçunun sol baldır əzələsində zədə aşkarlanıb. Bu səbəbdən onun Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qalatasaray"a qarşı keçiriləcək cavab oyununda iştirakı sual altına düşüb.
Xatırladaq ki, Kenan Yıldız 2022-ci ildə azad agent statusu ilə "Bavariya"dan "Yuventus"a keçib. Onun Turin klubu ilə müqaviləsi 2030-cu il iyununa qədər qüvvədədir. 20 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 35 matça çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Yuventus" - "Qalatasaray" qarşılaşması fevralın 25-də baş tutacaq.