Kenan Yıldız Ronaldo və Del Pyeroya çatdı

26.01.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kenan Yıldız İtaliya A Seriyasında uğurlu çıxışını davam etdirir. 20 yaşlı türk futbolçu "Yuventus"un "Napoli" üzərində 3:0 hesablı qələbə qazandığı oyunda komandasının üçüncü qolunu vurub.

Apasport.az "Opta"ya istinadla xəbər verir ki, Türkiyə millisinin üzvü “Yuventus”un “Napoli”yə qarşı hər iki A Seriya matçında qol vuran beşinci futbolçusu olub.

Daha əvvəl bu göstəriciyə yalnız dörd oyunçu nail olub: Kristiano Ronaldo (2019/20), Alessandro Del Pyero (2000/01), Darko Kovacevic (2000/01) və Fabrizio Ravanelli (1994/95).

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm İtaliya çempionatıda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Kolumbiyalı vinger “Qalatasaray”da - RƏSMİ Ali Koç Buruku təhdid edib: “Qalatasaray”dan sərt açıqlama Xabi Alonso "Liverpul"u çalışdıra bilər DÇ-2026: Azarkeşlər bilet alarkən… - ARAŞDIRMA ABL: NTD-dən qələbə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью