Kenan Yıldız üçün Premyer Liqa variantı

22.11.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Yuventus”un futbolçusu Kenan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Arsenal” klubu türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Caught Offside” portalı məlumat yayıb. 20 yaşlı oyunçunun meneceri Jorje Mendeş Turində İngiltərə klubunun təmsilçiləri ilə görüşüb.

Yıldızın keçidi 90-100 milyon avroya gerçəkləşə bilər.

Türkiyəli futbolçu bu mövsüm “Yuventus”da 14 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью