Kenan Yıldız üzr istədi “Bu qəbuledilməzdir”

25.06.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Türkiyə millisinin futbolçusu Kenan Yıldız ABŞ-la oyun öncəsi açıqlamalar verib.

Apasport.az xəbər verir ki, gənc oyunçu DÇ-2026-dakı nəticələrə görə azarkeşlərdən üzr istəyib.

Kenan Yıldız gözləntilərin yüksək olduğunun fərqində olduğunu bildirib:

“Əlbəttə, bizdən gözləntilər böyük idi. Ölkəmiz bizi sonadək dəstəklədi. Türk xalqından üzr istəmək istəyirəm. Bizə dəstək verən bütün azarkeşlərdən üzr istəyirəm. Doğrudan da, bu, qəbuledilməzdi. Ancaq gələcəkdə və növbəti turnirlərdə xalqımızı qürurlandırmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunun son matçında ABŞ-la qarşılaşacaq. Komanda ilk iki turda Avstraliya və Paraqvaya məğlub olub.

Haiti 52 illik həsrətə son qoydu - DÇ-da yenidən qol sevinci Dubravkanın yeni klubu bəlli oldu - Premyer Liqada qaldı Bosniya və Herseqovina gözləmədə - Ümid ən yaxşı üçüncülərə qaldı Madiboya ağır cəza - Koneyə kobud müdaxilə baha başa gəldi Kukurelya: “Vinisiusun etmədiklərini mən edərəm”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью