Kənan Yıldız yeni müqavilə haqda danışmaq istəmədi

24.01.2026

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Maaşının artırılmasını istəyən və ''Yuventus'' ilə yeni müqavilə mövzusunda apardığı danışıqlar az qala sabun operasına çevrilən Kənan Yıldız
Türkiyənin ''TRT Spor'' kanalına açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, danışıqlar neçə aydı davam edir. İndiyə qədər anlaşma əldə olunmayıbsa, deməli tərəflər razılığa gələ bilmir.
Türkiyəli ulduz yeni müqavilə ilə bağlı sualdan yayınmağa çalışıb:

''Yuventus''da özümü çox yaxşı hiss edirəm. Bura mənim klubumdu. Luçano Spalletti ilə də aramızda xüsusi münasibət var. Çox yaxşı insandı. Mənim üçün çox şeylər edir. Bu üzdən mən də həm onun üçün, həm də komanda üçün hər zaman əlimdən gələni edirəm. Çempionlar Liqasında sona qədər irəliləmək istəyirik. Müqavilə ilə bağlı mövzulara girmək istəmirəm. Mən yalnız meydanda və burda etməli olduqlarıma köklənirəm. ''Yuventus''da xoşbəxtəm. İndi əsas olan da məhz budu''.


20 yaşlı vinger bu mövsüm ''Yuve''də 28 rəsmi oyunda iştirak edərək aktivinə 8 qol, 8 məhsuldar ötürmə yazıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью