Kenan Yıldız Yuventus da ayın futbolçusu seçildi

18.12.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi

Türkiyəli futbolçu Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçilib.

QOL.az xəbər verir ki, İtaliya təmsilçisinin şərəfini qoruyan futbolçu azarkeşlərin səsverməsi ilə noyabr ayının ən yaxşı oyunçusu seçilib.

İtaliya klubunun yaydığı açıqlamada gənc ulduzun noyabrda 2-si Çempionlar Liqası, 3-ü A Seriyası olmaqla ümumilikdə 5 oyunda iştirak etdiyi bildirilib:

Qeyd edək ki, 20 yaşlı futbolçu cari mövsüm "Yuventus" forması ilə 21 matçda meydana çıxıb və 6 qolla fərqlənməyi bacarıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью