Kənan Yıldız zədələndi Üç ay oynaya bilməyəcək

25.08.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


“Yuventus”un 21 yaşlı türkiyəli cinah oyunçusu Kənan Yıldızın sol topuğu sınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
O, İtaliya çempionatının ilk turunda “Yuventus”un “Frozinone” üzərində 1:0 hesablı qələbə qazandığı oyunun 69-cu dəqiqəsində əvəzlənib.
Məlumta görə, Kənan Yıldız əməliyyat olunacaq və təxminən üç ay oynaya bilməyəcək.
Qeyd edək ki, Kənan Yıldız ötən mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.
“Transfermarkt” onun transfer dəyərini 75 milyon avro olaraq qiymətləndirir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью