Kenan Yıldızdan bəd xəbər Ayağında sınıq aşkarlandı

25.08.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Yuventus”un türkiyəli ulduzu Kenan Yıldız ağır zədə alıb.

“Qafqazinfo” “Tuttosport”a istinadən xəbər verir ki, İtaliya A Seriyasının start matçında “Frozinone” ilə keçirilən görüşdə (1:0) zədələnən 21 yaşlı vingerin sol ayaq daraq sümüyündə sınıq təsbit edilib. 

Qarşılaşmanın 69-cu dəqiqəsində zədələnərək meydanı tərk edən futbolçunu Jeremi Boqa əvəzləyib. Həkim müayinəsindən sonra Yıldızın zədəsinin ciddi olduğu və onun əməliyyat olunacağı bildirilib. Türkiyəli hücumçunun yaşıl meydanlara qayıtmasının təxminən 3 ay çəkəcəyi gözlənilir. 

Məlumat üçün bildirək ki, K. Yıldız ötən mövsüm Turin təmsilçisinin heyətində bütün turnirlərdə 47 matçda vurulan 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı onun transfer dəyərini 75 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью