futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Yuventus” futbolçusu Kenan Yıldızla müqaviləni uzatmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun direktoru Corco Kyellini insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bildirib. O, Yıldızla danışıqların son mərhələdə olduğunu söyləyib.
20 yaşlı futbolçunun indiki müqaviləsi 2029-cu ilin yayına kimidir.
Kenan bu mövsüm A Seriyasında 10 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.