Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 26-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-XM-979 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil yoldan çıxaraq qəzaya düşüb.
Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsi sıradan çıxıb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzalı maşın ərazidən kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub 36