Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı VİDEO

11.11.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 11-də səhər saatlarında Kənar dairəvi yolda qeydə alınıb. Hərəkətdə olan 77-PR-028 dövlət nömrə nişanlı “Lada Xray” markalı avtomobil 99-ZK-601 dövlət nömrə nişanlı yük maşınına çırpılıb.

Zərbənin təsirindən minik avtomobilinə ciddi maddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Qəza səbəbindən yolda müvəqqəti sıxlıq yaranıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228733.html

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью