Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 17-də səhər saatlarında Kənar Dairəvi yolda qeydə alınıb.
Belə ki, 77-JU-372 dövlət qeydiyyat nişanlı “Isuzu” markalı yük avtomobili qəzaya uğrayıb.
Məlumata əsasən, qəza yük avtomobilinin təkərinin çıxması nəticəsində baş verib.
Toqquşmanın təsirindən yük maşını yolun hərəkət hissəsinin ortasına aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza zamanı “Isuzu” markalı avtomobilə ciddi maddi ziyan dəyib.
Qeyd edək ki, qəzadan bir müddət sonra yolda sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin