Kənar əşya atdılar, oyunu saxladı

18.10.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Belçika 1-ci Liqasının  11-ci turunda keçirilən “Standard Lyej” – “Antverpen” oyunu qalmaqalla yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, 88-ci dəqiqədə azarkeşlər tərəfindən meydana atılan kənar əşyanın hakim Lothar D’hondta dəyməsi səbəbilə qarşılaşma dayandırılıb.

Liqanın rəsmi açıqlamasında bildirilib ki, “Standard Lyej” azarkeşlərinin davamlı qayda pozuntularına görə görüş təxirə salınıb. Məlumata görə, matç 20 oktyabr, saat 15:00-da tamaşaçısız davam etdiriləcək. Oyun “Standard Lyej”in 1:0 hesablı üstünlüyü ilə qaldığı yerdən qalan normal və əlavə dəqiqələr oynanmaqla bərpa olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью