Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Bakının Nərimanov rayonunda yerləşən iaşə obyektlərindən birində qəfil ölüm hadisəsi qeydə alınıb. Hadisə iyunun 20-si saat 22:00 radələrində paytaxtın Atatürk prospekti 69 ünvanında fəaliyyət göstərən “Lido” restoranında baş verib. Obyektdə qonaq olan paytaxt sakini, 1958-ci il təvəllüdlü Qızxanım Hüseynovanın qəfildən halı pisləşib və o, hadisə yerindəcə vəfat edib. İlkin tibbi rəyə görə, 67 yaşlı qadının ölümünə qəfil yaranan ürək çatışmazlığı səbəb olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Hazırda faktla bağlı müvafiq rayon prokurorluğunda araşdırma aparılır, ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün ekspertizalar təyin olunub.
Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, əldə olunan göstəricilər restoranlarla bağlı ölüm hallarının artdığını birbaşa təsdiqləmir:
“İnsan sağlamlığına təsir edən əsas amillər daha çox həyat tərzi, qidalanma vərdişləri, maye qəbulu və xroniki xəstəliklərə vaxtında nəzarət edilməməsi ilə bağlıdır. Bu problemlər adətən bir anda deyil, zamanla formalaşır və özünü daha gec mərhələdə göstərir. Ürək çatışmazlığı və digər ciddi sağlamlıq problemləri də qəfil yaranmır. Sağlamlıqla bağlı narahatlıqlara vaxtında diqqət yetirilmədikdə, müayinə və müalicə gecikdirildikdə vəziyyət daha da ağırlaşa bilir. Nəticədə, kənardan bu hallar qəfil baş vermiş kimi görünə bilər. Restoranlarla bağlı isə müvafiq dövlət qurumlarının, xüsusilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti daha da gücləndirməsi vacibdir”.
O deyib ki, xüsusilə yay mövsümündə məhsulların daha tez xarab olması qida zəhərlənməsi riskini artırır:
“Zəhərlənmə halları yalnız böyük restoran və ya şadlıq saraylarında deyil, kiçik iaşə obyektlərində də baş verə bilər. Buna görə sahibkarlar, işçilər və nəzarət edən qurumlar daha məsuliyyətli olmalıdırlar. Burada söhbət ilk növbədə insan sağlamlığından gedir. İnsanlara tövsiyə olunur ki, hər hansı narahatlıq hiss etdikdə bunu diqqətdən kənarda qoymasınlar və vaxtında müayinədən keçsinlər. Erkən diaqnoz bir çox ciddi fəsadların qarşısını almaqda mühüm rol oynayır”.
Beləliklə, iaşə obyektlərində qida təhlükəsizliyinə nəzarətin gücləndirilməsi ilə yanaşı, vətəndaşların fərdi sağlamlıq durumlarına qarşı diqqətli olması qəfil bədbəxt hadisələrin qarşısını almaqda mühüm əhəmiyyət daşıyır. İsti yay aylarında temperaturun kəskin dəyişməsi xroniki xəstəlikləri olan şəxslərdən daha yüksək məsuliyyət və vaxtında tibbi müayinədən keçməyi tələb edir.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, əldə olunan göstəricilər restoranlarla bağlı ölüm hallarının artdığını birbaşa təsdiqləmir: