Kənd adlarındə dəyişiklik: Yeni lövhələr vuruldu

21.07.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Quba rayonunda rus mənşəli adlar daşıyan yaşayış məntəqələrinin yeni adları artıq rəsmi olaraq lövhələrdə də əks olunub.

"Yeni Sabah" xəbər verir ki, Alekseyevka inzibati ərazi dairəsi - Çinarlı, Timiryazev qəsəbəsi - Bəhrəli, Vladimirovka kəndi - Elbir adları ilə əvəzlənib.

Qubanın üç kəndinin adı dəyişdirilib. Dominos pizza

Xatırlatma: iyunun 1-də Prezident İlham Əliyev bununla bağlı Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanunu təsdiqləyib.

Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılıb. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi hesab edilib.

Bundan başqa, Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi olub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью