Kənd məktəbinin maksimum bal toplayan müəllimi: İmtahan şəffaf keçdi

19.06.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Salyan rayonu Rəfael Quliyev adına Ərəbqardaşbəyli kənd tam orta məktəbinin coğrafiya müəllimi Həmidə Əliyeva maksimum nəticə göstərən təhsilverənlərdən biri olub. 

Modern.az-ın məlumatına görə, Həmidə müəllim təəssüratlarını  "Azərbaycan müəllimi" ilə paylaşıb:
"Ərəbqardaşbəyli kənd tam orta məktəbində 6 ildir ki, coğrafiya müəllimi işləyirəm. Sertifikatlaşdırma imtahanına davamlı olaraq öz üzərimdə işləməklə hazırlaşırdım. İmtahan yüksək səviyyədə təşkil olunmuşdu və şəffaf keçirildi. Suallar proqramı tam əhatə edirdi, bəzi suallar bir qədər düşündürücü idi. 
İmtahan verəcək müəllimlərə demək istəyirəm ki, həyəcanlanmasınlar və uğur qazanmaq üçün əzmlə çalışsınlar. Sertifikatlaşdırma biz müəllimləri öz üzərimizdə daha çox və ciddi şəkildə işləməyə sövq edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью