Kənd məktəblərində işləmək istəyənlərin nəzərinə Büdcə ayrıldı

04.11.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gənclərin kənd məktəblərində işə cəlb edilməsini stimullaşdırmaq üçün büdcədən ayrılacaq vəsaitin həcmi açıqlanıb. 
Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə görə, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 12,6 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,9 milyon manat ayrılması proqnozlaşdırılır.
Fəridə, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью