Kənd məktəblərində müəllimlər üçün əlavə güzəştlər lazımdır Anar İsgəndərov

17.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2027-ci ildə təhsil tələbə kreditlərinin verilməsi üçün 35 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Anar İsgəndərov Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O, aztəminatlı tələbələrin bu kreditlərdən yararlanmasının vacibliyini vurğulayaraq bildirib ki, ödəmə imkanları məhdud olan şəxslərin müraciətləri nəzərə alınmalıdır.

Deputat, həmçinin ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12 min 600-dən çox gəncin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə cəlb olunması üçün 20,9 milyon manat ayrılacağını diqqətə çatdırıb. Bu vəsait yol və əmlakın daşınması, kommunal xidmətlər, eləcə də yaşayış yerinin kirayə haqqı üzrə kompensasiyaların ödənilməsinə yönəldiləcək.

O hesab edir ki, gənc mütəxəssislərin kənd məktəblərində işləməyə həvəsləndirilməsi üçün yalnız təbliğat kifayət deyil, əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər də tətbiq olunmalıdır.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью