Kənd təsərrüfatı məhsullarının idxalı minimuma endirilməlidir Millət vəkili

10.10.2025

Icma.az, 525.az saytına istinadən bildirir.


“Bu gün Azərbaycanda hələ də xeyli sayda kənd təsərrüfatı məhsulu idxal olunur. Ölkədə buğdaya olan tələbatı ödəmək üçün Rusiya və Qazaxıstandan buğda idxalı həyata keçirilir. Çünki ölkədə yetişdirilən buğdanın keyfiyyəti un sənayesində istifadə üçün yararlı deyil”.

Bunu millət vəkili Vüqar Bayramov 525.az-a bildirib. Onun sözlərinə görə,  kənd təsərrüfatı məhsulu idxalını minimumlaşdırılması vacibdir:

“Dünyanın heç bir ölkəsi kənd təsərrüfatı məhsullarını tam olaraq, yerli istehsal hesabına ödəmir. Bütün ölkələrdə müəyyən məhsullar idxal olunur. Amma xüsusən strateji əhəmiyyətli məhsulların ödənilməsində yerli istehsalın payının artırılmasına ehtiyac var”.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью