Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

13.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari yanvar-sentyabr aylarında ölkədə faktiki qiymətlərlə 11 milyard 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,9 faiz, bitkiçilik məhsullarının istehsalı isə 0,5 faiz çoxalıb. Məhsulun 51 faizi bitkiçiliyin, 49 faizi heyvandarlığın payına düşür.

Real artım. Yanvar-avqust dövründəki 2,6 faizlik göstərici sentyabr ayının sonuna 1,1 faizə enib. Bitkiçilik sahəsində artım tempi 3,1 faizdən 0,5 faizə, heyvandarlıq sahəsində isə 2 faizdən 1,9 faizə düşüb. Əsas natural göstəricilər aşağıdakı qrafikdə və cədvəldə ayrıca verilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью