Kənd təsərrüfatı naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyəcək

06.03.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 6 mart, AZƏRTAC

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov martın 12-də saat 09:00-da “Ağdam Kamp Otel”də Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Ağdam, Füzuli və Xocavənd rayonlarının sakinləri Ağdam DAİM-ə (051-950-24-29) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью