Kənd təsərrüfatı naziri Çində səfərdədir

10.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Pekin, 10 oktyabr, AZƏRTAC

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu ilə görüş nəzərdə tutulub.

Bundan başqa, nümayəndə heyəti Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasına, Pekin Kənd Təsərrüfatı və Meşəçilik Elmləri Akademiyasına, eləcə də kənd təsərrüfatı sahəsində yüksək texnologiya şirkətlərinə də baş çəkəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью