Icma.az bildirir, Azertag portalına istinadən.
İstanbul, 5 iyun, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, nazir Məcnun Məmmədov İstanbulda keçiriləcək “Məhsul yığımından sonrakı itkilərin azaldılması-ərzaq təhcizatı zəncirində səmərəliliyin artırılması” mövzusunda kənd təsərrüfatı üzrə Yüksək Səviyyəli Nazirlər Panelində iştirak edəcək.
Bundan əlavə, kənd təsərrüfatı nazirinin səfər çərçisində bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul