Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib | Icma.az
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib.
Nazirlikdən bildirilib ki, payızlıq əkinlərin bəyanı davam edir.
Fermerlər əkinləri bəyan etmək üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yaratdıqları şəxsi kabineti aktivləşdirməli, öz torpaq və əkin məlumatlarını müvafiq bölmələrə daxil etməlidir.
Payızlıq əkinlərin bəyan müddəti 2024-cü il dekabrın 30-da başa çatır.
Bu tarixədək əkin və torpaq məlumatlarını, digər tamamlayıcı sənədləri (torpaq analizinin nəticələri, aqrar sığorta müqaviləsi və s.) sistemə daxil etməyən şəxslərin subsidiya ilə bağlı elektron ərizəsi formalaşmayacaq və onlara subsidiya ödənişi həyata keçirilməyəcək.
Əkinləri bəyan edərkən hər hansı çətinliklə üzləşə biləcək fermerlər texniki dəstək üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), Xaçmaz və Yevlax KOB evlərinə, eləcə də regional “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.
Bəyan dövründə əkinin dəyişdirilməsi ehtimalı varsa, fermerlər bəyanı daxil etdikdən sonra “Müraciət et” düyməsinə sıxmadan 30 dekabr tarixinə kimi bəyanı dəyişdirə bilərlər.
Bəyan edilən bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, fermerlər bəyanla eyni gündə “Müraciət et” düyməsinə sıxmaqla müraciətini yekunlaşdıra bilər.
Tam oxu
Xəbəri oxu