Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat oldu FOTO

26.11.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kənd Təsərrüfatı Nazirliyində kadr təyinatı olub.

Gununesi.info  xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Ənvərli Vətəndaş müraciətləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Ənvərli 2003-2008-ci illərdə Qafqaz Universitetində Menecment ixtisası üzrə bakalavr, 2023-2025-ci illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA) Dövlət idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.

Bu təyinata qədər isə o, müxtəlif dövlət və özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.

Gununesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью