Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: Dabaq xəstəliyinin qida məhsulları vasitəsilə i…
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 21 oktyabr, AZƏRTAC Dabaq virus mənşəli yüksək kontagioz iti gedişli infeksi
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev verib.
Onun sözlərinə görə, dabaq virusunun 7 tipi və 60-dan artıq alt tipi var: “Dabaq xəstəliyinə yoluxmuş heyvanlar digər sağlam heyvanlardan təcrid edilməlidir.
Orqanizmin rezistentliyi yüksək olan heyvanlarda xəstəlik özünü yüngül formada, orqanizmin rezistentliyi aşağı olan heyvanlarda isə xəstəlik bir qədər ağır formada büruzə verir.
Bu zaman ağız boşluğu, dırnaq nahiyəsi və yelində aftalar əmələ gəlir.
Xəstəliyin spesifik müalicə vasitəsi olmadığı üçün heyvanlarda simtomatik müalicə vasitələrindən və vitamin-mineral komplekslərindən istifadə edilir.
Dabaq xəstəliyinə yoluxmuş heyvanlarda zədələnmiş sahələr 7-8 gün sonra bərpa olunur və 2 həftə ərzində xəstə heyvanlar sağalır.
Xəstəliyi keçirmiş heyvanlarda bir ilə qədər təbii immunitet yaranır.
Tam oxu
Xəbəri oxu