Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyunda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

04.06.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 4 iyun, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib.

Bu barədə AZƏRTAC-a nazirlikdən bildirilib.

Qeyd olunub ki, vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir.

Qəbulda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью