Kənd təsərrüfatı sahəsində çalışanların elektron uçotu APARILACAQ

20.07.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kənd təsərrüfatı sahəsində məşğulluğun uçotu sisteminin təkmilləşdirilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.
Tədbirlər planına əsasən, ilkin olaraq, kənd təsərrüfatı sahəsində əmək münasibətlərinin leqallaşdırılmasına, o cümlədən ailə kəndli təsərrüfatlarında çalışan işçilərin uçotunun təşkilinə dair təkliflər hazırlanması, son nəticədə isə kənd təsərrüfatı sahəsində məşğul şəxslərin elektron uçotunun aparılması nəzərdə tutulur.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью