Kənd təsərrüfatında innovasiyaya açılan yol: Pakistan modeli

15.05.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Bu gün 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgilərində 30-dan çox ölkə və 450 şirkət iştirak edir. Bu da tədbirin beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir.

Doğru.az xəbər verir ki, bu fikirləri “2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu”nda çıxışı zamanı Pakistan Milli Assambleyasının üzvü Bilal Azxar Kavanı səsləndirib.

O qeyd edib ki, Azərbaycan və Pakistan yalnız qardaş ölkə deyil, eyni zamanda strateji tərəfdaşdır.

“Pakistanda məşğul əhalinin 37 faizi kənd təsərrüfatı sahəsində çalışır. Ötən il Pakistan 8 milyard dollar həcmində qida məhsulları ixrac edib ki, bunun da 4 milyard dolları düyünün payına düşür. Kənd təsərrüfatında müasir texnologiyalardan geniş istifadə edilir. Fermer təsərrüfatlarında və özəl sektorda rəqəmsallaşma əsas prioritetlərdəndir. Bu sektorda ən son texnologiyaların tətbiqi dövlətin başlıca istiqamətlərindən biridir,” – deyə Bilal Azxar Kavanı vurğulayıb.

Millət vəkili çıxışında həmçinin Hindistanla yaşanan münaqişələr zamanı Azərbaycanın Pakistana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью