Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7085,3 milyon manat təşkil etmişdir ki, onun da 3776,0 milyon manatı heyvandarlıq, 3309,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 2,2 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,5 faiz, bitkiçilik məhsulları istehsalı 1,8 faiz artmışdır.
Ölkədə yazlıq kənd təsərrüfatı bitkilərinin əkini başa çatmışdır. 2026-cı il iyulun 1-nə kimi 378,4 min hektar sahədə yazlıq bitkilər əkilmişdir.
Kənd təsərrüfatı məhsullarının yığımı davam edir və iyul ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 2058,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,1 faiz az dənli və dənli paxlalı bitkilər, 2311,3 min ton (0,7 faiz çox) yem bitkiləri, 822,5 min ton (0,2 faiz çox) tərəvəz, 394,5 min ton (7,5 faiz çox) kartof, 217,9 min ton (16,8 faiz çox) meyvə və giləmeyvə, 130,4 min ton (1,0 faiz çox) bostan məhsulları, 20,5 min ton (50,3 faiz çox) şəkər çuğunduru, 623,9 ton (3,8 faiz az) tütün, 599,6 ton (4,8 faiz çox) yaşıl çay yarpağı yığılmışdır.
2026-cı ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 305,1 min ton ət, 1140,8 min ton süd, 1217,4 milyon ədəd yumurta, 13,1 min ton yun, 155,0 ton barama istehsal olunmuşdur. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 4,0 faiz, süd istehsalı 0,3 faiz artmış, yumurta istehsalı eyni səviyyədə qalmış, yun istehsalı 2,0 faiz, barama istehsalı 16,8 faiz azalmışdır.
2026-cı ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 53,0 min ton quş əti və 602,5 milyon ədəd yumurta istehsal olunmuşdur. Ümumilikdə bu müəssisələr üzrə 01 iyul tarixinə cəmi quşların sayı 13860,1 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 132 ədəd yumurta alınmışdır.
XQ